Gənclər fonduGündəmManşetSiyasətXəbər xətti

Gənclər Günü ilə əlaqədar tədbir keçiriləcək

3 fevral 2018-ci il tarixində, saat 10:00-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 2 Fevral Gənclər Günü münasibəti ilə tədbir keçiriləcək.

Fonddan Aktor.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəsmiləri, nazirlər, millət vəkilləri, media nümayəndələri, özəl sektor təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.