ManşetXəbər xətti

“Baku Network”un direktoru virusdan dünyasını dəyişib

“Baku Network” Ekspert Şurasının direktoru, Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, fəlsəfə doktoru Elxan Ələsgərov koronavirusdan dünyasını dəyişib.

COVİD-19 infeksiyasına yoluxan Elxan Ələsgərov vəziyyəti ağır olduğu üçün bir müddət əvvəl reanimasiyaya yerləşdirilərək süni nəfəs aparatına qoşulmuşdu. Həkimlərin səyinə baxmayaraq, bu gün Elxan Ələsgərov dünyasını dəyişib.