Daşınmaz əmlak, evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırıldı – Ekspert
Diqqət benzin və dizelin qiymətinə yönəlib, amma daşınmaz əmlakla bağlı tariflər, o cümlədən evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırılıb. Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib.Onun sözlərini diqqətə çatdırırıq:
“Diqqət benzin və dizelin qiymətinə yönəlib, amma daşınmaz əmlakla bağlı tariflər, o cümlədən evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırılıb.
Bəzilərinizi diqqətinizə çatdırıram.
– Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.
Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:
– sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)
– sahəsi 100 m2-dən 500 m2-dək – max 980 AZN (əvvəl 490 AZN)
Mənzillər üzrə:
– sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda – 20 AZN (əvvəl 12 AZN)
– sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):
– pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN
– kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN
(Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib.
Həyətyanı və bağ sahələri üzrə:
– sahəsi 0,12 ha-dək olduqda – 20 AZN (əvvəl 12 AZN)
– sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün – 1,7 AZN (əvvəl 1 AZN)
Siyahı böyükdür. Orta hesabla bütün qiymətlər 2 dəfə artıb.”