GündəmİqtisadiyyatManşetSiyasətSosialXəbər xətti

Rövnəq Abdullayev, Mikayıl Cabbarov cənabları, top da, söz də sizdə! – Rauf Arifoğu qiymət artımı barədə

«Yeni Müsavat» Media Qrupunun rəhbəri Rauf Arifoğlu Tarif Şurasının yanacağın qiymətinin qaldırılmasına münasibət bildirib.Aktor.Az həmin fikirləri təqdim edir:

“Postmüharibə dövrünə və yeni ilə benzinin qiymətlərinin qalxması ilə girdik!

Mövzu-bais Vətən olunca canını sevə-sevə verən insanlar benzin, yeyəcək bahalaşanda, adətən, ‘’canım boğazıma yığıldı’’, deyirlər. Etiraz elektoratına, müxalifətə həyat verən hökumət qərarı müharibədə yara almış iqtisadiyyatımıza nəfəs olacaqmı? Bu qərarın iqtisadi əsaslandırması varmı, bunu hökumətdən kim edəcək? Qarabağı qurtaran, Şuşanı qaytaran bir dövlətə, onun müzəffər rəhbərinə neqativ reytinq deyilmi, bu addım? Yoxsa, Tarif Şurasının timsalında Nazirlər Kabineti hesab edir ki, gələn fayda siyasi və başqa zərərləri qapadacaq?  Bir sözlə, danışmaq sırası hökumətdədir. Buyursunlar, irəli çıxsınlar, izahat versinlər, müxalifətin və narazı camaatın üstünə su səpsinlər…SOCAR rəhbəri Rövnəq Abdullayev, Tarif Şurasının sədri Mikayıl Cabbarov cənabları, top da, söz də sizdə! Sizlərin yerinə bunu biz, jurnalistlər edəsi deyilik!”