FotoXəbər xətti

Nərimanov Rayon Gəncləri yeni ilin ilk günündə şəhidlərimizi ziyarət etdilər – FOTO

Yanvarın 1-də Nərimanov rayonunun fəal gəncləri və könüllüləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində həlak olmuş şəhidlərimizi ziyarət edib, ilin ilk günündə şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Gənclər Şəhidlər Xiyabanında, İkinci Fəxri Xiyabanda, Suraxanı rayonu Dədə Qorqud və Sabunçu rayonu Zabrat qəbiristanlıqlarında dəfn olunmuş Nərimanov rayonundan olan və digər şəhidlərin qəbirlərini ziyarət edərək məzarları üzərinə gül və əklil qoyublar.

Bildiyimiz kimi 30 ilə yaxın bir müddətdə işğal altında olan vətən torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuzun zəfər yürüşü nəticəsində işğaldan azad olundu.  “Torpaq uğrunda ölən varsa Vətəndir” deyirlər.

Bu gün Albertlərin, Allahverdilərin, Əliflərin, Salatınların davamçıları olan qəhrəmanlarımız tarixi haqq-ədaləti bərqərar etdi. Onlar daim xalqımızın qəlbində yaşayacaqdır!