Rusiya ilə iqtisadi münasibətlər gücləndirilməlidir – Tahir Kərimli
“Rusiya hökuməti və Şimali Qafqaz respublikaları, Dağıstanla danışıqlar aparmaqla bu istiqamətlərdə iqtisadi fəallığı artıra bilərik”.Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, bu danışıqları aparmaqla Şimali Qafqaz regionu ilə iqtisadi münasibətləri daha da gücləndirmək mümkündür.
Hərbçilərin əməkhaqqının artırılmasının vacibliyini qeyd edən deputat siyasi partiyalara ayrılan vəsaitlərin də artırılmasını təklif edib.
O, Quba-Şamaxı yolu, Ağsu yolları ilə bağlı məsələnin də həllini tapmalı olduğunu söyləyib: “Ağsuda meşə yanğınları oldu. Hökumətdən xahiş edirəm ki, bu istiqamətə də vəsait ayrılsın və meşə massivi bərpa edilsin”.