Ad günü məclisi keçirən direktor işdən çıxarıldı – VİDEO
Bakıda karantin qaydalarını pozaraq özünə ad günü keçirən məktəb direktoru vəzifəsindən azad edilib.Bu barədə Trend-ə Təhsil Nazirliyinin mətubat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Qeyd olunub ki, direktorun əmək müqaviləsinə bu gündən xitam verilib:
“Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib”.