Ötən gün Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.Trend-in məlumatına görə, nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

Erməni təxribatı nəticəsində şəhid olan 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayil oğlu bir neçə gün öncə Füzuli və Cəbrayılın işğaldan azad olunmasına görə mədalı ilə təltif edilib.