Testlərin qiyməti aşağı salınmalıdır – Millət vəkili
“Azərbaycanda testlərin qiyməti MDB-yə üzv ölkələrin xeyli hissəsindən yüksəkdir”.
Bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Əli Məsimli deyib.
Deputat qeyd edib ki, bir sistem yaradanda 17-32 manat etməlidir:
“ Ekspress testləri isə 20-23 manata etmək olar. Bu kimi təcrübələrdən istifadə edə bilərik”.
Koronavirusla mübarizə tədbirləri başlanandan andan Milli Məclis prosesdə fəal iştirak edib”.
Əli Məsimli Milli Məclisin koronavirusla mübarizə tədbirləri başlayandan prosesdə fəal iştirak etdiyini də qeyd edib:
“Pulsuz testlər, xəstəxanalarda yerlər, dərman çatışmazlığı ilə bağlı məsələlər cəmiyyətdə çoxsaylı suallar yaradır. Cəmiyyət tərəfindən müsbət qəbul olunan tibb sahəsindəki şəxslərin köməyi ilə aidiyyəti qurumları da cəlb etməklə Milli Məclisdə dinləmə keçirilsin”