Dövlət Miqrasiya Xidməti tərəfindən YAŞAT fonduna dəstək
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinin təminatına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılmış “YAŞAT” fonduna Dövlət Miqrasiya Xidməti tərəfindən bütün rəhbər heyətin bir aylıq vəzifə maaşlarının 50%-i həcmində ianə edilib.
Bu barədə Aktor.Az-a qurumdan məlumat verilib.