ManşetSiyasətSosialXəbər xətti

Azərbaycan Dəmir Yollarının kollektivi “YAŞAT” Fonduna könüllü ianə edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları “YAŞAT” Fonduna 657 min 801 manat vəsait ayırıblar. Bu məbləğ dəmiryolçuların əmək haqlarından edilən könüllü ayırmalar hesabına formalaşıb.

QSC-dən Aktor.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə toplanan vəsait artıq “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən fondun hesabına köçürülüb.

Şəhid ailələrinin və yaralanan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platforma rolunu oynayan “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb.