Pandemiya dövrü ilə əlaqədar təlim keçirilib – FOTOLAR
COVID-19 Pandemiyası və Karantin rejimi dövründə sosial-psixoloji reabilitasiya işinin gücləndirilməsi sahəsində bacarıqların təkminləşdirilməsi məqsədilə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətti USAİD, UNİCEF Azərbaycan ofisinin və Azercel Telecomun dəstəyi ilə öz fəaliyyətini davam etməkdədir.
Həyata keçirilən AUQX proqramı çərçivəsində sosial-psixoloji yardıma ehtiyacı olan uşaqlara və onların ailələrinə təxirə salınmayan psixoloji-sosial yardım göstərməklə yanaşı, sosial xidmət mərkəzlərində çalışan sosial işçi və psixoloqların iştirakı ilə müxtəlif təlimlər təşkil edilmişdir. Növbəti təlim 03-09 dekabr 2020-ci il tarixlərində təşkil edilmiş və təlim zamanı sosial işçi və psixoloqlara müxtəlif situasiyaların real qiymətləndirilməsi, travmaya məruz qalmış uşaq və yeniyetmələrlə terapiya işinin təşkilinə yeni metodlar praktik məşğələlərdə nümayiş etdirimiş, iştirakçıların sualları cavablandırılmış və mövzu ətrafındə fikir mübadiləsi və müzakirələr aparılmışdır. Təlimdə uşaq müdafiəsi və sosial xidmət sahəsində çalışan əməkdaşlar iştirak etmişdirlər.