Xəbər xətti

Azay Quliyev seçicilərlə videogörüş keçirib

Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.
Videogörüşdə iştirak edən seçicilər pensiya, istilik, kommunal, məşğulluq və təhsil məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Aztəminatlı ailələrdən olan 15 nəfər uşaqların distant təhsilə qoşulmasını təmin etmək məqsədi ilə onlara planşetlərin verilməsinə kömək göstərdiyinə görə deputata minnətdarlıq bildirən seçicilər bu təşəbbüsün davam etməsini xahiş etdilər.
Ümumilikdə qaldırılan problemlərin bir qismi yerində həll edilib, digərləri ilə bağlı müvafiq addımların atılacağı bildirilib.
Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri tərəfindən qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Deputat görüşdə qaldırılan məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov iştirak edib.