Bakıda 82 yaşlı COVID-19 xəstəsi intihar etdi
Son bir gündə Bakıda iki intihar hadisəsi qeydə alınıb.Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 82 yaşlı Məmməd Məmmədov intihar edib. Kişi özünü evinin çardağından asıb. Onun cəsədi 14 dekabr saat 08:10 radələrində aşkarlanıb.
Məlum olub ki, həmin şəxs koronavirus infeksiyasına yoluxubmuş. Rayon prokurorluğu intiharın səbəblərini araşdırır.
İkinci intihar hadisəsi Qaradağ rayonunda qeydə alınıb. 1980-ci il təvəllüdlü Ucar rayon sakini Xəyalə Məmmədova qohumunun evində intihar edib. Qadın özünü zirzəmidə yaylığından asıb. İlkin məlumatlara görə, o, ruhi xəstəlikdən əziyyət çəkib.
Faktla bağlı istintaq Rayon Prokurorluğu tərəfindən aparılır.