General-polkovnik Əli Nağıyev general-leytenant Rüstəm Muradovla – FOTOLAR
DTX rəisi, general-polkovnik Əli Nağıyevin Dağlıq Qarabağdan yeni fotoları yayılıb. Həmin fotolarda o, Dağlıq Qarabağdakı Rusiya Sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradovla bərabərdir. Ehtimal olunur ki, DTX rəisi Şuşadan sonra Dağlıq Qarabağa daha bir səfər həyata keçirib.Musavat.com bildirir ki, yayılan fotoları qeyri-rəsmi qaynaqlardan əldə edib.
Ona görə də fotoların çəkildiyi ərazi barədə dəqiq bilgi verə bilmirik. Bəzi ehtimallara görə, fotoların çəkildiyi məntəqə Laçın rayonu ərazisidir. Əlavə dəqiqləşdirmə edəcəyik.
Onu qeyd edək ki, bəzi qaynaqlar indiyə qədər Rüstəm Muradovun ancaq Dağlıq Qarabağdakı qanunsuz rejimin təmsilçiləri ilə görüşdüyünü yazır və haqlı olaraq sual verirdilər: Rüstəm Muradov niyə heç Azərbaycan yetkililəri ilə görüşmür?
Geniş ictimaiyyət ilk dəfə belə bir fakt əldə edir. Rüstəm Muradov Azərbaycan DTX rəisi Əli Nağıyevlə görüşür, fotodan da göründüyü kimi, onu tabeçiliklə dinləyir.
Musavat.com bir məqamı da qeyd edir: fotofaktlar ictimaiyyətə çatdırılmırsa, bu o demək deyil ki, Rüstəm Muradov Azərbaycan yetkililəri ilə görüşmür.
Qarabağ Azərbaycandır, orada olan hər kəs Azərbaycan qanunlarına tabedir və dövlətimiz qarşısında hesabatlıdır.
Sadəcə, proses getdiyi üçün görünür, bu barədə vaxtından əvvəl açıqlamalar verib, İrəvandakı erməniləri daha da qızışdırıb, prosesi (erməni hərbçilərinin Xankəndini digər ərazilərimizi tərk etməsi) pozmaq istəməyiblər.