İctimai Birlik 20 yanvar və Qarabağ müharibəsi şəhidinə həsr edilmiş kitabça çap edir
“20 Yanvar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabçanın nəşr etdirilməsi layihəsini həyata keçirməkdədir.
Layihə çərçivəsində hazırlanıb çap olunan “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabça 20 yanvar şəhidi Xanməmmədov Cəbrayıl (Ramiz) Hüseynxan oğlu və Qarabağ şəhidi Tayfun ləqəbli Tayfun ləqəbli Təbrik Niftalı oğlu Baxışovun unudulmaz xatirəsinə həsr edilib. Qeyd edək ki, Cəbrail Hüseynxan oğlu Xanməmmədov 1939-cu ildə Suraxanı rayonunda anadan olmuşdur. Həmin qanlı gecə saat 24-də güllə səsinə küçəyə çıxır. Bütün gecə evə gəlməyir. Yanvarın 20-də onu Caparidze adına xəstəxanaya aparırlar. Ona yardım göstərilsə də gecə saat 04 radələrində keçinir. Yanvarın 21-də vəfat edir, Yeni Suraxanı qəbiristanlığında dəfn edilib. Ölümündən sonra Cəbrail Xanməmmədov “20 Yanvar şəhidi” fəxri adına layiq görülüb. Qarabağ şəhidi Tayfun ləqəbli Tayfun ləqəbli Təbrik Niftalı oğlu Baxışov 1992-ci ildə mart ayında Abşeron batalyonu tərkibində Qarabağa yola düşür. Albert Aqaronov şəhid olarkən, onu tankın içərisindən çıxararaq öz tankı ilə xəstəxanaya çatdıran Təbrik olmuşdur. Şuşanın işğalından sonra 14-15-i isə Zarıslıya hücum əməliyyatı zamanı briqada komandiri Elbrus Orucovun həyatını xilas etmişdir. Eyni zamanda kəşfiyyatçı Qurban yaralıykən onu döyüş bölgəsindən çıxarmışdır. 19 sentyabr 1992-ci il Qarakənd uğrunda döyüşdə briqada komandirinin müavini polkovnik-leytenant Fazili Əşrəfin həyatını xilas edərkən şəhid olmuşdur. O, döyüşlərdə Tayfun ləqəbi ilə tanınırdı.