“20 Yanvar” İctimai Birliyi “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabçanın nəşr etdirilməsi layihəsinin icrasına uğurla sonlandırıb
“20 Yanvar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay ərzində həyata keçirdiyi “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabçanın nəşr etdirilməsi layihəsini uğurla yekunlaşdırıb.
“20 Yanvar” İctimai Birliyin sədri, eyni zamanda keçiriləcək layihənin rəhbəri olan Sultan Əzimzadə bildirib ki, layihənin məqsədi Azərbaycanın qəhrəmanlıq tarixinin təbliği və təşviqi, vətənpərvərlik istiqamətində yeniyetmə və gənclərlə maarifləndirmə işləri aparmaq idi. Daha sonra layihə rəhbəri qeyd edib ki, görüləcək işlərlə İctimai birlik vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirmiş olduq, seçilmiş regionlardan olan vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın keçdiyi həyat və qəhrəmanlıq yollarının yeniyetmə və gənclər arasındatanıdılmış oldu.
Layihə müddətində seçilmiş vətənin qəhrəman oğullarının xatirələri yad olunaraq, onlara həsr olunmuş “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabça hazırlanıb çap olunub, eyni zmaanda onların ailə üzvlərinə baş çəkilib və ərzaq kuponları şəklində onların ünvanlarına yardımlar çatdırılıb.