Xəbər xətti

“20 Yanvar”  İctimai Birliyi şəhid ailələrinə ərzaq yardımı edib

“20 Yanvar”  İctimai Birliyi şəhid ailələrinə ərzaq yardımı edib.

“20 Yanvar”  İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabçanın nəşr etdirilməsi layihəsini həyata keçirməkdədir.

Layihənin məqsədi Azərbaycanın qəhrəmanlıq tarixinin təbliği və təşviqi,  vətənpərvərlik istiqamətində yeniyetmə və gənclərlə maarifləndirmə işləri aparmaqdır.

Layihə müddətində seçilmiş vətənin qəhrəman oğullarının xatirələri yad olunaraq, onlara həsr olunmuş “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabçada adları keçən vətən uğrunda şəhid olmuş qəhrəmanların ailə üzvlərinə ərzaq kuponları şəklində yardımlar göndərilib. Qeyd edək ki, layihə 3 ay müddətində həyata keçiriləcək.