Xəbər xətti

“20 Yanvar”  İctimai Birliyi “Özünü qoru, çevrəni xilas et” şüarı ilə maarifləndirci bukletlər nəşr edib

“20 Yanvar”  İctimai Birliyi “Özünü qoru, çevrəni xilas et” şüarı ilə maarifləndirci bukletlər nəşr edib.

“20 Yanvar”  İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qəhrəmanlarımız qürur mənbəyimizdir” adlı kitabçanın nəşr etdirilməsi layihəsini həyata keçirməkdədir. Layihə çərçivəsində “Özünü qoru, çevrəni xilas et” şüarlı maarifləndirici bukletlər hazırlanıb çap olunub. Bukletdə indiki dövrümüzdə hər kəsdə ciddi narahatçılıq doğuran koronavirusla mübarizəylə bağlı informasiyalar yerləşdirilib. Koronavirusdan qorunma, gigiyenik qaydalar kimi maarifləndirici məlumatlar yerləşdirilən “Özünü qoru, çevrəni xilas et” şüarlı buklet yeniyetmə və gənclərə, eləcə də ölkə vətəndaşlarına paylanılması nəzərdə tutulub.