Azərbaycan gənclərinin potensialı çox böyükdür – Əhmədov
Azərbaycan gənclərinin potensialı çox böyükdür.Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov 2 fevral – Gənclər Günü ilə bağlı keçirilən tədbirdə deyib.
Ə.Əhmədov bildirib ki, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər.
O, gəncləri sosial şəbəkədə fəal olmağa səsləyib: “Gənlərimiz hakim partiyanın layiqli davamçılarıdırlar. Gənclərimiz ölkənin şərəfinin qorunmasında sosial şəbəkənin imkanlarından istifadə etməlidirlər. Eyni zamanda, gənclər sosial mesajların cəmiyyətə çatdırılması üçün fəal olmalıdırlar. Əminəm ki, gənclər 2018-ci ilin onların qarşısında qoyduğu hədəflərin öhdəsindən uğurla gələcəklər”.
Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda gənclər üçün hər cür şərait yradılıb.
Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib