TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
Ev şəraitində müalicə olunan COVİD xəstəsi ailə üzvləri üçün real infeksiya mənbəyidir.Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in nümayəndəsi, Tibb Universitetinin professoru Akif Qurbanov deyib.
Onun sözlərinə görə, ailə üzvləri həmin xəstədən özünü qorumalıdır: “Ev şəraitində müalicə olunan şəxs ailə üzvlərindən təcrid olunmalıdır. Həmin şəxs həkim məsləhətlərinə ciddi əməl etməlidir ki, ailə üzvləri yoluxmasın. Əks halda infeksiya ailə üzvlərinə yoluxa bilər. Bu prosesə nəzarət edilməlidir”.