QHT aztəminatlı ailələrə ərzaq yardım edib – FOTO
QHT aztəminatlı ailələrə ərzaq yardım edib.
“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aprel döyüşləri və şəhidləri haqqında sağlamlıq imkanları məhdud internat məktəbliləri arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, onlara sosial dəstəyin təşkili” adlı layihə çərçivəsində 37 aztəminatlı ailəyə ərzaq yardımı edib. Yardımlar poçt vasitəsilə ərzaq kuponları kimi hər bir ailənin yaşadığı ünvana göndərib.