“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi daha bir layihənin icrasına yekun vurub
Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi 4 aylıq icra etdiyi daha bir layihənin icrasına uğurla yekun vurub.
İctimai Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aprel döyüşləri və şəhidləri haqqında sağlamlıq imkanları məhdud internat məktəbliləri arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, onlara sosial dəstəyin təşkili” adlı layihənin icrasını uğurla başa çatdırıb. Həyata keçirilən layihə dövründə “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə və Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 87 nəfər həlak olmuş hərbi qulluqçusuna həsr edilmiş “Lələtəpədə yazılan dastan” adlı kitabça hazırlayıb yeniyetmə və gənclərə paylanılması üçün Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3№-li Respublika xüsusi internat məktəbinə təhvil verib. Həmçinin Pandemiya dövründə 37 aztəminatlı ailəyə poçt vasitəsilə kuponlar şəklində ərzaq yardımları göndərib.