FotoXəbər xətti

Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır – FOTO

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.Bu barədə Aktor.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumatda deyilir ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.

Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.