GündəmManşetXəbər xətti

Azərbaycanın ən yaşlı sakini kimdir?

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu Azərbaycanın ən yaşlı sakininin adını açıqlayıb.
Aktor.Az-ın məlumatına görə, institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, Azərbaycanın ən uzunömürlü (yəni yaşı verifikasiya olunmuş) sakini Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Məmmədova olub.
U.Həşimova deyib: “Uzunömürlülər tədqiq olunarkən hər şeydən ilk öncə onların yaş verifikasiyası aparılır. Çünki bir çox hallarda sənədlərdə göstərilən yaşla əsl yaş göstəricisi üst-üstə düşmür. Odur ki, bəzən KİV-lərin ən yaşlı insan haqqında onların sənədinə istinadən yaydıqları məlumatın elmi əsası olmur”.