Xəbər xətti

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi“ İctimai Birliyi daha bir layihəyə yekun vurub

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi“ İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə 4 aylıq ”Postpandemiya dövründə region vətəndaşlarının maarifləndirilməsi,
onlara bu mövzuda psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına yekun vurub.

COVID-19 pandemiyası dövründə mövcud vəziyyətlə əlaqədar layihənin icrasını 5 regionda, hər
birində gigiyenik qaydalara əməl etməklə, məsafəni qorumaqla 10 nəfərlik tədbirlər şəklində
həyata keçirilib. COVİD-19 pandemiyası dövründə gigyenik qaydalara əməl olunması barəsində
məlumat verilib. Layihədə həyata keçirilmiş fəaliyyətlər, tədbirlər nəticəsində yeniyetmə və
gənclər, vətəndaş cəmiyyəti, seçilmiş regionların əhalisi COVİD-19 virusunun qurbanına
çevrilməmə və bu problemin yaratdığı psixoloji sarsıntı, daha sonrakı ortaya çıxaracaq fəasadlar
məlumatlandırılmış olublar.
Qeyd edək ki, təşkilatın həyata keçirdiyi 4 aylıq bu layihə çərçivəsində 5 regiondan – Quba, Qusar,
Xaçmaz, İsmayıllı, Şirvan- olan 25 aztəminatlı ailəyə ərzaq yardım kuponları göndərilib.