QHT aztəminatlı və şəhid ailələrinə ərzaq yardım kuponları göndərdi – FOTO
Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə çərçivəsində 30 aztəminatlı və şəhid ailəsinə ərzaq yardım kuponları göndərib.
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tariximizin şanlı səhifələri” adlı 2 aylıq layihə icra etməkdədir. Layihənin məqsədi gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq, ölkənin mənafeyi, xalqımızın rifahı naminə vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır, milli mənəvi dəyərlərimizin cəmiyyətdə daha geniş yayılması, ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirməkdir.
Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində həyata keçirilən əsas fəaliyyətlərdən biri də aztəminatlı və şəhid ailələrinə yardım göstərməkdir. Belə ki, layihə dövründə 30 aztəminatlı və şəhid ailəsinə ərzaq yardım kuponları göndərilib.