Ümidli Gələcək Sosial Təşəbbüslər İB-nin layihəsinin icrası davam edir
2020-ci ilin İyun ayından etibarən Ümidli Gələcək Sosial Təşəbbüslər İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıqda “İnsan Alverindən Zərər çəkmiş və Zərərçəkməsi Ehtimalı olunan Şəxslərin Müdafiəsi və Sosial Reabilitasiyasına dair Təşəbbüslər Proqramı”nın icrasını davam etdirir.
Əsas məqsəd Azərbaycanda Koronavirus (COVİD-19) Pandemiyası dövründə uşaq və ailələrin reabilitasiyaya, hüquqi yardıma və sosial dəstək xidmətlərinə cəlb edilməsi və müvafiq olaraq bu xidmətlərlə təmin olunması, göstəriləcək xidmətlər haqqında yerli qurumların məlumatlandırılması, ailələr və uşaqlarla mobil görüşlərin keçirilməsi, online fərdi konsultasiyaların aparılması, uşaqlar və gənclərlə vebinarların təşkilini həyata keçirmək və bunun üçün qarşılıqlı əməkdaşlığı gücləndirməkdir. Layihə çərçivəsində Ümidli Gələcək STİB əməkdaşları Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin Uşaq və Qadın Sığınacağında reabilitasiya olunan uşaqlar və onların valideynləri ilə görüşmüş, təşkilatın psixoloq və sosial işçiləri uşaqlarla psixoloji iş, qrup terapiyaları, sosial-psixoloji ünsiyyət, ümumi emosional vəziyyətin yaxşılaşdırılması və daxili gərginliklərinin azaldılmasına yönəlik mövzularda təlimlər təşkil etmişdirlər. Uşaqlar böyük həvəs nümayiş etdirməklə tədbirlərdə iştirak etmişlər və sonda isə təlimlə bağlı öz müsbət təəsüratlarını bölüşmüşlər. Müsbət sonluq nəticəsində həm uşaq və gənclərin istəyini nəzərə alaraq, həm də onların gözlərindəki ümidi, simalarındakı təbəssümü görərək, bu cür tədbirlərin davamlı keçirilməsi qərara alınmışdır.