“Kompüter anlayışları” adlı kitabça nəşr olunub – FOTO
“Kompüter anlayışları” adlı kitabça nəşr olunub.
“Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara Və Onların Ailələrinə Yardım” İctimai
Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Postpandemiya
dövründə sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin maarifləndirilməsi,
onlar üçün kompyuter kurslarının təşkili” adlı layihə çərçivəsində 3 nömrəli
Respublika xüsusi internat məktəbində sağlamlıq imkanları məhdud olan yeniyetmə
və gənclər üçün “Kompüter anlayışları” adlı kitabça nəşr edib.
Kitabçada sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin maariflənməsi üçün
ilkin kompüter anlayışları haqqında məlumatlar yer alıb.