“Lələtəpədə yazılan dastan” adlı kitabça çap edilib
“Lələtəpədə yazılan dastan” “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aprel döyüşləri və şəhidləri haqqında sağlamlıq imkanları məhdud internat məktəbliləri arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, onlara sosial dəstəyin təşkili” adlı layihə çərçivəsində “Lələtəpədə yazılan dastan” adlı kitabça çap edib.
Təşkilatdan verilən məlumata görə, kitabça 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə və Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 87 nəfər həlak olmuş hərbi qulluqçusuna həsr olunub. Qeyd edək ki, “Lələtəpədə yazılan dastan” adlı kitabça sağlamlıq imkanları məhdud internat məktəblilərinin məlumatlandırılması, maarifləndirilməsi üçün hazırlanmışdır.