Hərbiyönümlü QHT-lərin bəyanat yaydı
Azərbaycan 27 sentyabr tarixinə böyük çoşquyla, illərdir gözlədiyimiz müjdəli xəbərlərin veriləcəyi günlərin başlanğıcı tarixi olaraq başladı. Azərbaycan Ordusu düşmən qüvvələrinin səhər saatlarından başlayan təxribatına sərt reaksiyaya verərək əks-hücum həmləsiylə düşmənə sarsıdıcı zərbələr endirməkdə davam edir. Son günlər düşmənin cəbhəboyu ərazilərdə aktivləşməsi, bütün qüvvələrini təmas xəttinə cəmləyərək hücuma hazırlaşdığı hər kəsə məlum idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev son çıxışlarında düşmən qüvvələrin hücuma hazırlaşması barədə kəşfiyyat məlumatlarının olduğunu deyərək, Azərbaycan ordusunun bu hücumları dəf etmək iqtidarında olduğunu, özümüzü əzmkarlıqla, qətiyyətli şəkildə müdafiə edəcəyimizi bəyan etmişdir.
Biz hərbiyönümlü QHT-lər olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı haqq işini dəstəkləyir, bütün gücümüzlə, canımız-qanımızla onun və şanlı ordumuzun yanında olduğumuzu bəyan edirik! Bütün cəmiyyətimizi – iqtidarlı, müxalifətli hər kəsi bir olmağa, cənab Ali Baş Komandanımızın apardığı haqq işinə dəstək olmağa çağırırıq. Bütün siyasi ambisiyaları kənara qoyub Vətənimiz, Xalqımız, Dövlətimizin naminə bir hədəfə vurmalıyıq, vahid mövqe sərgiləməliyik. Biz belə olduğu halda daha güclü, daha qüdrətli olub qələbəyə birgə addımlayacayıq! Hərbiyönümlü QHT-lər bütün cəmiyyətimizə, sosial şəbəkə istifadəçilərinə, cəbhəboyu ərazilərdə yaşayan insanlara səslənərək bildiririk ki, müharibənin, hərbi əməliyyatlarının özünəməxsusluğu, öz qanunları var. Hər bir vətəndaşımız bu qanunlara tabe olmağa borcludur. Hamını düşmənin dezinormasiyalarına uymayaraq yalnız dövlət qurumlarının yaydığı məlumatlara inanmağa və istinad etməyə çağırırıq.
Azərbaycan Respublikasının Prezidenti xalqa müraciətində: “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!” dedi. Hərbiyönümlü QHT-lər olaraq vahid komandanlıqla idarə olunan Silahlı Qüvvələrimizin QƏLƏBƏ əzminə bütün varlığımızla inandığımızı, müsəllah əsgər olaraq döyüşlərə hər an döyüşlərə hazır olduğumuzu QƏLƏBƏYƏ gedən müqəddəs yolda birgə olduğumuzu bəyan edirik!
Biz Birlikdə Güclüyük!
- Cəlil Xəlilov – Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
- Məmmədhüseyn Sarıyev – “Ehtiyyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyi
- Mehdi Mehdiyev – Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi
- Füzuli Rzaquliyev – “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi
- Emin Həsənli – “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi
- Akif Nağı – “Qarabağ Azadlıq Təşkilatı” İctimai Birliyi
- Sevinc Alızadə – “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyi
- Rey Kərimoğlu – Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyi
- Mətanət Cəfərova – “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi
- Mirhəsən Həsənov – Azərbaycan Çernobil Əlillər İttifaqı
- Məhəmməd Vəliyev – Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi
- Növrəstə Yusifova – “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi
- Şamil Ələkbərli – “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi
- Ədalət Məhərrəmov – Fred Asif Fondu
- Asəf Əliyev – “Qarabağ Qaziləri” İctimai Birliyi
- Radə Abbas – “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi
- Əzizağa Qənizadə – “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyi
- Sərraf Orucov – “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu
- Sultan Əzimzadə – “20 Yanvar” İctimai Birliyi
- Elşən Uluxanlı – Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi
- Firudin Məmmədov – Azərbaycan Vətən Müharibəsi Əlilləri Birliyi
- Dadaş Quliyev – “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi
- Hafiz Səfixanov – “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi
- Şamil Süleymanov – “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyi
- Hacıbala Əzimov – “Veteran Tankçılar” İctimai Birliyi