Bu gün hər yerdə savaş var, sərhəddə, səngərdə, virtual məkanda… – Elçin Mirzəbəyli yazır
Vətənin sərhədləri qan yaddaşımızdan boy atan düşüncəmizdən, daşının-torpağının qoxusunu çiçək ətri kimi nəfəsimizə çırpan dəli küləklərin yol aldığı ucalıqlardan başlayır. Azərbaycan sərhədlərinin uzunluğu ölümə meydan oxuyan şəhidlərin ŞƏRƏF VƏ NAMUS damarlarının uzunluğu qədərdir!
Bu gün hər yerdə savaş var! Sərhəddə, səngərdə, virtual məkanda…, hər yerdə! Düşmənin informasiya təxribatına, artıq sapı da özgələrin olan xainlərə, dönüklərə, şərəfsizlərə qarşı yalın əllə də savaşmaq olar!
Ayıq ol! Sosial şəbəkələrdə Azərbaycan adları arxasında yüzlərlə, minlərlə düşmən köpəyi gizlənib, ətrafa böhtan və yalan üfürürlər. Hər eşitdiyini, hər oxuduğunu həqiqət kimi qəbul etmə! Vətənə, Orduna sevgini, dəstəyini nümayiş etdirmək istəyirsənsə, əsgər və zabitlərimizin əzəmətli, məğubedilməz görüntülərini paylaş, sosial şəbəkələri Azərbaycan bayrağının rənglərinə bürü!
Düşmənin saxta və yalan məlumatlarına, bu məlumatlara uyanların yanlışlıqlarına biganə qalma, susma, “məndən ötdü” demə, müqavimət göstər, mücadilə apar, Vətəninin, Dövlətinin, Millətinin mövqeyini yorulmadan, usanmadan müdafiə et! Gerçək tarixinlə, haqlı mövqeyinlə, iti idrakınla, Vətən sevginlə silahlan!
200 ildən çoxdur qanımıza susayıblar, paramparça ediblər, dilimizə, mədəniyyətimizə, milli varlığımıza qənim kəsiliblər, bizi məhv etməyə, Yer üzündən silməyə çalışıblar. Amma yenə də heçdən bir bayraq, bir dövlət yaratmışıq. Yoxdan var olmuşuq! Yurd yerlərimizə od vurublar – külündən alov kimi sıyrılmışıq! Bir olmuşuq, hürr olmuşuq, var olmuşuq!
Bu gün Azərbaycan ordusu tarixi türk-Azərbaycan döyüş ənənəsiylə savaşır. Generalı, zabiti – sərkərdələri əsgəriylə çiyin-çiyinə döyüşür, əsgərindən öndə atılır düşmən üzərinə! Bu gün minillərin o başından yol gələn döyüş ruhumuz ayaqdadır!
Bu gün MİLLƏT və DÖVLƏT olaraq dünyanın ən rəzil, ən hiyləgər, ən amansız, ən şərəfsiz düşməninə qarşı savaşırıq!
Bu gün 50 milyon azərbaycanlının ürəyi Azərbaycan sərhədlərində, işğal altında olan yurd yerlərimizdə döyünür!
Amma bu döyüntünün səsini bütün dünya duymalıdır!
Ehey, Güneydə, Qüzeydə, Doğuda, Batıda Azərbaycan adına var olan yurddaşım, həmvətənim, doğmam, əzizim, səsini ucalt, varlığını, birliyini nümayiş etdir!
Unutma, sən qalib gələcəksən!
Elçin Mirzəbəyli