TəhsilXəbər xətti

Distant təhsilin əhəmiyyəti adlı növbəti təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Dostluq” gənclərin əlaqələndirmə mərkəzinin təşkilatçılığı ilə “Postpandemiya dövründə inklüziv cəmiyyətin inkişafı naminə onlayn təhsilin təbliği” adlı layihənin növbəti distant təlimi keçirilib.

Distant təlimdə aidiyyəti dövlət qurumların nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları üzrə tanınmış mütəxəssislər, politoloqlar, gənc liderlər, regionda yaşayan və təhsil alan fəal gənclər, mərkəzin üzvləri və könüllüləri iştirak ediblər.

Distant təlimdə mərkəzin məsləhətçisi dosent Yusif Ağayev, Dövlət İdarəçilik Akademiyası İnformasiya-kommunikasiya texnologiyaları kafedrasının müəllimləri Atiq Əliyev, Səbinə Bəşirova, Sərxan Xudiyev, Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhnəri Sevinc İsgəndərova,İqtisadi və sosial araşdırmalarına yardım ictimai birliyinin sədri Eyyub Kərimov, Bakı Mühəndislik Universitetinin tələbəsi Rayaxanım Ağazadə, Dövlət İdarəçilik Akademiyasının tələbəsi İlahə Balakişiyeva və  başqaları çıxış ediblər.

Distant təlimdə çıxış edənlər postpandemiya dövründə onlayn təhsilin əhəmiyyətini, dünyanın rəqəmsal idarəetmə modelinə keçid dövrünü yaşadığını, yeni münasibətlər sisteminin formalaşdığına diqqət çəkiblər. Distant təlimin sonunda iştirakçının sualları cavablandırılıb.