Deputat Elman Nəsirov seçiciləri ilə görüş keçirib – FOTOLAR
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov sentyabrın 19-da təmsil etdiyi 68 №-li Cəlilabad kənd seçki dairəsinə daxil olan Günəşli kəndinin bir qrup seçicisi ilə videoformatda görüş keçirmişdir.
Aktor.Az xəbər verir ki, görüş çərçivəsində deputat Elman Nəsirov seçicilərin nəzərinə çatdırdı ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm milli səviyyədə, həm regional səviyyədə, həmdə qlobal səviyyədə pandemiyaya qarşı mübarizə prossesində preventiv, proflaktik, ardıcıl və sistemli addımlar atır və bu addımlar həm ölkə ictimaiyyəti tərəfindən, həm də beynalxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin son unikal təşəbbüsünə dünyanın məlum reaksiyası bir daha belə bir həqiqəti sübut etdi ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, lakin onun sözünün mənası və çəkisi böyükdür. Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında böyüklüyünü şərtləndirən həlledici amil onun liderinin-Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhtid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz simasını nümayiş etdirir və bu çətin günlərdə Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətlər və onların liderləri üçün bir nümunədir
Görüşdə, kənd sakinləri Miriyeva Mədinə, Səfərov Sabir,Bayramov İxtiyar,Abbasov Abas,Günəşli kənd 2 №-li tam orta məktəbin direktoru Həsənov Kəramət, kənd bələdiyyə sədri Cəfərov Fəxrəddin,kənd inzibati ərazi nümayəndəsi Şabanov Xanlar çıxış edərək bildirdilər ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda səfərbər olunmuş cəmiyyət,vətəndaş həmrəyliyi hökm sürür,xalq-hakimiyyət birliyi mövcuddur və cənab Prezidentin bütün təşəbbüslərini xalqımız birmənalı şəkildə dəstəkləyir.Eyni zamanda ölkə Prezidentinin pandemiyaya qarşı mübarizə prosesində atdığı önləyici,ardıcıl və sistemli addımlar nəticəsində bu bəladan daha az itkilərlə çıxmağa nail olmaqdayıq. Bütün bunlar bizi sevindirir və biz fəxr edirik ki,biz Cəlilabadlılar da,kəndimizin sakinləri də ölkə Prezidentinin ətrafında sıx birləşmişik və onun həm daxili,həm də xarici siyasətini birmənalı şəkildə müdafiə edirik.
Seçicilər geniş fikir mübadiləsi ilə müşaiyət olunan videoformatda keçirilən görüşdə bir sıra onları narahat edən məsələri də diqqət mərkəzində saxladılar və vurğuladılar ki, ilk növbədə kəndin kabelləşməsi ilə bağlı məsələ bu gün ciddi şəkildə dayanır,elektrik dirəklərinin köhnəlməsi,elektrik naqillərinin sıradan çıxması elektrik enerjisi ilə təminatda tez-tez problemlər yaradır.Ona görə də kabelləşmə keçirilməsinin olduqca vacib olduğunu vurğuladılar. Eyni zamanda suvarma ilə bağlı məsələni qaldırdılar,su qıtlığından əziyyət çəkdiklərini qeyd etdilər və kənddə yerləşən 2 saylı tam orta məktəbin idman zalına su damır,onun təmiri ilə bağlı məsələyə diqqət ayrılmasını xahiş etdilər.
Görüşün sonunda çıxış edən deputat Elman Nəsirov bildirdi ki, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edəcəkdir.