Vəkilliyin inkişafına dair genişmiqyaslı tədbirlər həyata keçiriləcək – Anar Bağırov
Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı bir çox planlarımız var. Vəkillərin peşə hazırlıqlarının, regionlarda vəkillərin, vəkil qurumlarının sayının artırılması və maddi-texniki bazasının gücləndirilməsi, xidmətlərin elektronlaşdırılması, ödənişsiz hüquqi yardım barədə müəyyən boşluqların aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.
Aktor.Az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə müsahibəsində deyib.
A.Bağırov bildirib ki, Vəkillər Kollegiyası beynəlxalq əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Vəkillər üçün lazımi təlimlər təşkil edəcəyik. Bir sözlə, Vəkillər Kollegiyası günün tələblərinə uyğun olaraq, ölkə vətəndaşlarına, o cümlədən aztəminatlı şəxslərə keyfiyyətli hüquqi yardım göstərmək üçün bütün lazımi tədbirləri görəcək.