GündəmManşetSiyasətXəbər xətti

Tofiq Yaqublu evə buraxıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində olan həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə qərar qəbul edib.

Həbsdə olan zaman aclıq aksiyası keçirən Tofiq Yaqublunun vəziyyəti pisləşdiyindən onu Baku City Hospitala köçürmüşdülər. Bu gün ev dustaqlığına buraxılan T.Yaqublu artıq xəstəxanadan da evə yola salınıb.