GündəmManşetSiyasətXəbər xətti

Dövlətçiliyin dəyərlərini yenidən təlqin etməliyik – Əli Həsənov

Azərbaycan xalqına dövlətçiliyin ən yaxşı dəyərlərini yenidən təlqin etməliyik.Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV əməkdaşlarına mənzillərin açarlarının təqdimatı mərasimində deyib.

Ə.Həsənov bu il Azərbaycan dövlətçiliyi ili olduğunu vurğulayıb: “Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Media da dövlətçilik ənənələrini formalaşdıran əsas institutlardan biridir. Bu ənənəni möhkəmləndirməli, inkişaf etdirməliyik”.

Prezident köməkçisi qeyd edib ki, Azərbaycan xalqının yaddaşında, Azərbaycan xalqının qəlbində keçmişdə mövcud olmuş dövlətçilik ənənələrini cücərtmək lazımdır:

“Xalqa dövlətçiliyin ən yaxşı dəyərlərini yenidən təlqin etməliyik və qarşıdakı dövrdə dövlətin bu istiqamətdə addımlarına qoşulmalıyıq”.