ManşetTəhsilVideo xəbərXəbər xətti

AzTU-nun rektoru müəllim və tələbələri videoformatda təbrik etdi – VİDEO

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2020/2021-ci tədris ilinin başlaması münasibətilə müəllim və tələbələri videoformatda təbrik edib. Rektor bildirib ki, pandemiya səbəbindən dərslər onlayn keçiriləcək.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir.

Onlayn dərslərin keyfiyyəti ötən semestrdən fərqli olaraq daha da təkmilləşdirilib. Dərslər “Microsoft Teams” platforması üzərindən təşkil edilib. Rektor videotəbrikində müəllim və tələbələrə təhsilin inkişafı istiqamətində uğurlar və müvəffəqiyyətlər arzu edib.