TəhsilXəbər xətti

İnklüziv cəmiyyətin inkişafı naminə onlayn təhsilin əhəmiyyəti adlı növbəti distant təlimi keçirilib

14 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Dostluq” gənclərin əlaqələndirmə mərkəzinin təşkilatçılığı ilə “Postpandemiya dövründə inklüziv cəmiyyətin inkişafı naminə onlayn təhsilin təbliği”  adlı layihənin növbəti distant təlimi keçirilib.

İctimai birliyin mətbuat xidmətindən Aktor.Az-a bildirilib ki, distant təlimdə aidiyyati dövlət qurumların nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları üzrə tanınmış mütəxəsislər, politoloqlar, gənc liderlər, regionda yaşayan və təhsil alan fəal gənclər, mərkəzin üzvləri və könüllüləri iştirak etmişlər.

Distant təlimdə mərkəzin məsləhətçisi dosent Yusif Ağayev, Gənc politoloqlar klubunun rəhbəri Zaur Məmmədov, Dövlət İdarəçilik Akademiyası İnformasiya Komminikasiya Texnologiyaları Kafedrasının müəllimləri Atiq Əliyev, Səbinə Bəşirova, İqtisadi və sosial araşdırmalara yardım ictimai birliyinin sədri Əyyub Kərimli, Vətənpərvərlər klubunun sədri İlahə Balakişiyeva, Bakı Mühəndislik Universitetinin tələbəsi Raya Ağazadə, Dövlət İdarəçilik Akademiyasının tələbəsi Zəhra Məmmədli və digərləri çıxış etmişlər. Çıxışçılar qeyd ediblər ki, post pandemiya dövründə inklüziv cəmiyyətin inkişafını təmin etmək üçün təhsilin distant formada davam etdirilməsi zərurəti yaranıb. Bu platforma təhsilin davamlılığı və təhsilalanların keyfiyyət göstəriciləri baxımından daha effektivdir.

Distant təlimdə çıxış edənlər postpandemiya dövründə onlayn təhsilin əhəmiyyətini, dünyanın rəqəmsal idarəetmə modelinə keçid dövrünü yaşadığını, yeni münasibətlər sisteminin formalaşdığına diqqət çəkiblər. Eyni zamanda qeyd ediblər ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir” deməklə müasir təhsil vasitələri və onlardan istifadə etməklə bilik və bacarıqların əldə edilməsinin zəruriliyini xüsusi vurğuladığını diqqətə çatdırıblar.

Distant təlimdə 70-dən çox işritakçının birbaşa və mesajla olan sualları cavablandırılıb.