SiyasətXəbər xətti

Milli Məclisin ən fəal deputatları onlardır- Siyahı

Strategiya.az “Xalqinfo.az”a istinadən verdiyi xəbərə görə altIncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2020-ci ilin əvvəli fəaliyyətinin qiymətləndirilməsi üçün 3500 nəfər arasında keçirdiyi (müsahibə) sosial sorğunun nəticələrini açıqlayıb.

Sorğu üç istiqamət üzrə aparılıb.
Birinci istiqamət: Ümumi hadisələrə mövqe bildirən, mətbuatla yaxşı işləyən ən fəal müzakirələrə qoşulan deputatlar.
İkinci istiqamət: Qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputalar.
Üçüncü istiqamət: Ən səmimi deputatlar.
Xalqinfo.az xəbər portalı olaraq əhali arasında aparılmış sorğunun nəticələri belədir.

Sorğumuzun nəticələrinə görə,dövlətçilik və xalqın inkişafı naminə çıxışlar edərək, mətbuatla ən fəal iş aparan,müzakirələrə qoşulan deputatlar sırasında birinci yeri, Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsindən millət vəkili seçilmiş Elman Nəsirov tutub. 3500 nəfər sorğu iştirakçısının çox hissəsi bütün istiqamətlərdə Elman Nəsirovun mətbuatda daha fəal olduğunu qeyd ediblər.

Bundan əlavə millət vəkillərini ən çox hansı mətbuat orqanlarında görürsüz sualına isə vətəndaşlar, bu informasiya vasitələrinin adlarını qeyd ediblər.Musavat.com, Modern.az,Qafqazinfo.az,Oxu.az,Yenisabah.az,Demokrat.az,Azərtac, ATV,ARB,Realtv.
Sorğuda iştirak edən vətəndaşların rəyinə əsasən, Birinci istiqamət üzrə, cəmiyyət arasında fəallığı ilə diqqət çəkən digər deputatlar sırasına Qənirə Paşayeva,Vahid Əhmədov,Adil Əliyev,Aydın Mirzəzadə,Fəzail İbrahimli,Musa Qasımlı,Hikmət Babaoğlu,Fəzail Ağamalı,Ülvi Quliyev də daxil olublar.

İkinci istiqamət üzrə aparılan sorğunun nəticələrinə görə,Qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputalar sırasında Azay Quliyev,Əli Məsimli,Səməd Seyidov,Əli Hüseynli,Tahir Mirkişili,Zahid OrucRazi Nurullayevin adları daha çox səslənib.
Üçüncü istiqamət üzrə aparılan sorğunun nəticələrinə görə ən səmimi deputatlar sırasında Qənirə Paşayeva,Aydın Hüseynov və Fəzail İbrahimlinin adları daha çox səslənib.

Sorğu nəticəsində o da məlum oldu ki, yeni seçilən millət vəkillərindən bəziləri əhali arasında ümumiyyətlə tanınmır.
Xalqinfo.az xəbər portalı olarq belə sosial sorğuları keçirməyimizdə əsas məqsədimiz cəmiyyətlə, parlament münasibətlərini daha da inkişaf etdirməkdir.