ManşetSosialXəbər xətti

Deputat Şahin Seyidzadə Aşağı Güzdək qəsəbəsində olan problemi həll etdi – FOTO

50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputat Şahin Seyidzadə təmsil etdiyi Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşanan ekoloji problemlə bağlı məsələni həllini təmin edib. Bu barədə deputat şəxsi feysbuk profilində paylaşım edib.

Paylaşımı təqdim edirik:

Aşağı Güzdək qəsəbə sakini olan Vüsal Abdurahmanovun müraciəti əsasında qəsəbədə yaşanan ekoloji problem aradan qaldırıldı!

Vüsal bəy Aşağı Güzdək qəsəbə ərazisində torpaq sahəsinin tullantılar ilə çirkənləndirilməsi nəticəsində havadan pis qoxu gəlməsi məsələ ilə bağlı müraciət daxil olmuşdur. Milli Məclisdə təmsil etdiyim 50 saylı Abşeron-Qobustan seçki dairəsinə daxil olan sözügedən qəsəbə ilə bağlı məsələnin araşdırılması üçün müvafiq olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə əlaqə saxlanılaraq müraciət edilmişdir.

Nəticədə sözügedən ərazidə araşdırma aparılmış və məlum olmuşdur ki, Güzdək kəndi ərazisində AMEA-nın Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təsərrüfatına məxsus 200 m2 torpaq sahəsinə üzvi-gübrə kimi istifadə olunması məqsədilə, quş peyini qalaqlanmış halda tökülmüşdür. Bunun nəticəsində külək olduğu zaman ətrafa pis qoxu yayılmaqda və sakinləri narahat etməkdə idi. ETSN yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təsərrüfatı ilə əlaqə saxlanılmış, akt tərtib edilərək və əraziyə tökülmüş quş peyinin təmizlənməsinin icrası üçün məcburi olan göstərişlər verilmişdir. Nəticədə əraziyə atılan tullantılar təmizlənərək seçicimiz Vüsal bəyin müraciəti əsasında və qəsəbə sakinlərini narahat edən problemin həlli təmin edilmişdir.

Problemin həllində operativ yanaşma göstərən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ETSN yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbərliyi və əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm!