Postpandemiya dövründə inklüziv cəmiyyətin inkişafı naminə onlayn təhsilin təbliği adlı distant təlimi keçirilib
Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə “Postpandemiya dövründə inklüziv cəmiyyətin inkişafı naminə onlayn təhsilin təbliği” adlı layihənin növbəti distant təlimi keçirilib.
Mərkəzin mətbuat xidmətindən Aktor.Az-a verilən məlumata görə, distant təlimdə aidiyyati qurumların nümayəndələri, informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəsislər, regionda yaşayan və təhsil alan gənclər, mərkəzin üzvləri və könüllüləri iştirak etmişlər. Təlimdə mərkəzin məsləhətçisi Yusif Ağayev, Dövlət İdarəçilik Akademiyası İnformasiya Komminikasiya Texnologiyaları sektorunun mütəxəssisi Atiq Əliyev, Əliyar Musayev, Dövlət İdarəçilik Akademiyası Vətənpərvərlər klubunun sədri İlahə Balakişiyeva, AGRO konsultasiya mərkəzi MMC-nin icraçı direktoru Rayaxanım Ağazadə, Bakı Mühəndislik Universitetinin tələbəsi Nuranə Canəliyeva və digərləri çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu proses dünya ölkələrinin əksəriyyətini əhatə etdiyindən, YUNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından istifadəni tövsiyə edilib. Çıxışçılar qeyd ediblər ki, vətəndaş cəmiyyəti olaraq post pandemiya dövründə inklüziv cəmiyyətin inkişafını təmin etmək təhsilin distant formada davam etdirilməsi zərurəti yaranıb. Bu forma təhsilin davamlılığı və təhsilalanların keyfiyyət göstəriciləri baxımından daha uyğundur və alternativi yoxdur.
Distant təlimdə çıxış edənlər postpandemiya dövründə onlayn təhsilin əhəmiyyətini, dünyanın rəqəmsal idarəetmə modelinə keçid dövrünü yaşadığını, yeni münasibətlər sisteminin formalaçdığını, eyni zamanda təhsilin və biliklərin distant formada davam etdirilmək məcburiyyətində qaldıqını xüsusi vurğulayıblar. Eyni zamanda qeyd ediblər ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir” deməklə müasir təhsil vasitələri və onlardan istifadə etməklə bilik və bacarıqların əldə edilməsinin zəruriliyini xüsusi vurğulamışdır. Müasir tədris formalarından istifadə edərək, həmçinin texnoloji avadanlıqlardan yararlanaraq bilik və bacarıqların əldə edilməsi də zamanın tələblərindən biridir. Post pandemiya dövründə onlayn təhsillə bağlı layihəninin müzakirəsində qeyd edildi ki, son illərdə gedən proseslər onu göstərir ki, dünya sürətlə dəyişməkdədir. Bu dəyişiklik bütün sahələrdə özünü göstərir. Risklər artmaqda, ölkələrarası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Bugünkü reallıqları nəzərə alaraq, demək olar ki, bundan sonra innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə edə biləcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” konsepsiyasının bu gün çox uğurla həyata keçirildiyini qeyd edən çıxışçılar bildiriblər ki, ölkəmizdə müəyyən edilən inkişaf strategiyası məhz bu istiqamətdədir. Bu hədəflərə çatmaq və töhfə vermək vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bizi də düşündürür və problemin həllinə töhfə verməyə təşviq edir.
Distant təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.