Binəqədidə əməliyyat keçirilib
5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) əməliyyat keçirilib.
Aktor.Az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib. Onun sözlərinə görə, əməliyyat bir az öncə həyata keçirilib:
“Daxil olmuş məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmasının nəticəsi olaraq Baş İdarə tərəfindən Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) bir az öncə əməliyyat keçirilib.
Yaxın zamanda bununla bağlı mediaya geniş məlumat veriləcək”.