Deputat Naqif Həmzəyev seçicilərlə görüşüb

38 saylı Nizami İkinci (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Naqif Həmzəyev seçiciləri ilə növbəti görüşünü keçirib.

Vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili seçicilərin arzu və təkliflərini dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb.

Seçicilər millət vəkili ilə görüşdə əsasən məşğulluq, torpaq, təhsil, sosial, hüquqi və tibbi yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər ediblər. Müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılıb.

Millət vəkili ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını, seçicilərini maraqlandıran və narahat edən məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.
Qəbula gələn 82 yaşlı Hətəm Mehdiyev hər zaman olduğu kimi pandemiya dövründə də seçicilərini bir an olsun diqqətsiz qoymayan Milli Məclisin deputatı Naqif Həmzəyevə minnətdarlıq ifadə edib.

Qeyd edək ki, eyni zamanda seçicilər www.hamzayev.az saytı vasitəsi ilə millət vəkili Naqif Həmzəyevə müraciətlərini edə bilərlər. Portala daxil olan bütün müraciətlər ən qısa müddətdə millət vəkilinin deputat ofisi tərəfindən nəzarətə götürülərək cavablandırılır.

 

 

 

Paylaş: