Əli Babacan xəstəxanaya yerləşdirildi
AKP-dən istefa verərək Demokratiya və Yüksəliş Partiyasını (DEVA) yaradan Əli Babacan xəstəxanaya yerləşdirilib.“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün əvvəl koronavirusa yoluxan siyasətçinin bəzi şikayətləri davam etdiyindən müalicəsini xəstəxanada davam etdirmək qərarına gəlib. Babacanın Covid-19-a yoluxmuş xanımı Zeynəb və oğlu Emir isə virusa qalib gəlib. Onlar bir müddət ev şəraitində karantində olacaqlar.
İnsanları koronavirusa ciddi yanaşmağa çağıran Əli Babacan sosial şəbəkədə açıqlama yayaraq ümumi vəziyyətinin yaxşı olduğunu qeyd edib.