Komitə sədri kərə yağının qiymətinin qalxmasına aydınlıq gətirdi
Bu gün reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır.Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
O bildirib ki, bu, Azərbaycanda kərə yağının qiymətinə təsir edən əsas amildir:
“Azərbaycana əsas yağ tədarükçüsü Yeni Zelandiyadır ki, bu ölkədə də qiymət artımı davam edir. Bizim işimiz yalnız idxal və ixrac edilən məhsulların rəsmiləşdirilməsindən ibarətdir”.