Övladını məktəbə göndərmək istəməyən valideynlərin nəzərinə!
Övladını məktəbə göndərmək istəməyən valideynlər onlayn dərsləri seçə bilərlər.“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində deyib:
“Əgər məktəbin yerləşdiyi ərazi epidemioloji qurumlar tərəfindən təhlükəli, yaxud nisbətən təhlükəli hesab edilirsə, biz həmin ərazidə şagirdlərin həftədə 2 dəfə, uzun müddətdir yoluxma qeydə alınmayan bölgələrdə isə 3 dəfə dərsə getmələrini planlaşdırırıq. Hər iki tədris planı qüvvədə olacaq.
Nazir onu da qeyd edib ki, teledərslər layihəsi çərçivəsində 2100-dən artıq ümumtəhsil sahəsinə dair videolar çəkilib və Təhsil Nazirliyinin müvafiq video portalında yerləşdirilib:
“Bu proqramların ən azı mart ayına qədər davam etdirilməsinin tərəfdarıyıq. O mənada ki, artıq bütün bir ilin bizdə video-dərsləri, teledərsləri olacaq. Post-pandemiya dövründə də bu, şagirdlərimiz üçün əvəzsiz tədris materialına çevriləcək. Üstəlik, proses bitdikdən sonra həmin teledərslərin elektron dərsliklərə də inteqrasiya edilməsini düşünürük”.