FotoGündəmManşetXəbər xətti

Fərasət Qurbanov üçün xüsusi tarix… – FOTOLAR

Bu gün Azərbaycan vətəndaş cəmiyyətinin nüfuzlu təmsilçilərindən biri – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun 57 yaşı tamam olur.QHT.az xəbər verir ki, Fərasət Qurbanov 28 avqust 1963-cü ildə anadan olub. Azərbaycan Xarici Dillər İnstitutunu (indiki Dillər Universiteti) ingilis dili ixtisası üzrə bitirib.

Gənclik illərindən aktiv ictimai fəaliyyətdə olan F.Qurbanov müxtəlif istehsalat müəssələrində çalışıb. Sonradan Dövlət İdarəçilik Akademiyasında işləyib.

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun qurulmasında və fəaliyyətinin inkişaf etdirilməsində yaxından iştirak edən F.Qurbanov qurumun vitse-prezidenti və icraçı direktoru olub. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılandan indiyədək Şuranın Katibliyinin icraçı direktoru vəzifəsində çalışır.

Fərasət Qurbanovu səmimi qəlbdən təbrik edir, ona can sağlığı və yeni-yeni nailiyyətlər arzulayır.