Bayılda sürüşmə davam edir – Nazirlikdən açıqlama
“Bayıl yamacında sürüşmə prosesi hələ davam edir”.Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralov qeyd edib ki, yamacda dərinliyi 5-6 metr olan çatlar yaranıb.
Onun sözlərinə görə, Bayıl sürüşmə ərazisi yeni yaranan sürüşmə zonası deyil:
Ekspedisiya rəisi əlavə edib ki, ərazidəki sürüşmənin fəallaşmasına mövsümlə əlaqədar yağışların miqdarının çoxalması, torpaq qatının ağırlaşması, eyni zamanda, fərdi evlər tikmək məqsədilə yamacın aşağı hissəsinin kəsilməsi səbəb olub: “Bütün bu amillər ərazinin dayanıqlığını azaltdığından yamac boyu – “Bayıl dərəsi” deyilən ərazinin sağ yamacında sürüşmə prosesləri baş verir”.
Ə.Qaralov qeyd edib ki, hazırda Zığ, Günəşli yaylası sürüşmə zonalarında aktivlik olsa da, oradakı prosesin aktivliyi Bayıl yamacı ilə müqayisədə stabildir.