FotoGənclər fonduXəbər xətti

“Region gəncləri arasında Nəsimi kuboku adlı bilik yarışı” layihəsi həyata keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə XIII qrant müsabiqəsinin qalibi Elçin Quliyevin “Region gəncləri arasında Nəsimi kuboku adlı bilik yarışı” adlı layihəsi həyata keçirilib.

Aktor.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elçin Quliyev layihə haqqında ətraflı məlumat verib, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə təşkilatçılara öz təşəkkürünü bildirib.

Sonra çıxış edənlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Gənclər Fondunun dəstəyi ilə artıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər. “Region gəncləri arasında Nəsimi kuboku adlı bilik yarışı” layihəsinin çox aktual mövzuya, gənclərin bilik və bacarıqlarının artırılmasına həsr olunduğunu vurğulayan natiqlər, bu cür layihələrin davamlı olmasını arzulayıblar.

03 və 07 Fevral 2020-ci il tarixdə Ağdam, Beyləqan, Füzuli, Cəbrayıl rayonlarında layihə çərçivəsində yarışlar keçirilib.

Qeyd edək ki, “Region gəncləri arasında Nəsimi kuboku adlı bilik yarışı” layihəsində müxtəlif komandalar öz bilik və bacarıqlarını göstəriblər. Sonda iştirakçılar sertifikatla təltif ediliblər.Birinci yerin qalibi isə Kubokla mükafatlandırılıb.

#AzGF #Nəsimi_kuboku #Ağdam #Beyləqan #Füzuli #Cəbrayıl